ain.az, Sia Az portalına istinadən məlumat yayır.
Xüsusi hərbi əməliyyat zonasında əsgər olan oğlunun ölüm xəbərini alan ana yarım saat sonra ölüb...
...Bryansk vilayətinin sakini xüsusi hərbi əməliyyat zonasında oğlunun ölüm xəbərini eşidəndən sonra ürəyi dayanıb.
SİA xəbər verir ki, bu barədə VKontakte-də “Overheard Pochep Region” qrupu məlumat yayıb.
İctimaiyyətin bildirdiyinə görə, Poçepdən olan bir qadın DXR-in Makeyevka kəndi yaxınlığında onun 1985-ci il təvəllüdlü onbaşı (...ruslar buna yefreytor deyirlər –A.B.) oğlunun öldüyü barədə bildiriş alıb.
Xəbəri öyrənəndən yarım saat sonra qadın dünyasını dəyişib. ...Yəqin ki, yazıq qadının ürəyi parçalanırdı; ana sadəcə belə kədərə dözə bilməzdi.
Bunu nəşr yazır.
Ananın 63 yaşı olduğu deyilir. İctimaiyyətin müəllifləri ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, oxşar hadisə Rusiyanın Sverdlovsk vilayətində, üç uşaqlı bir ailədə də baş verib.
Belə ki, Verxnyaya Pışma sakini ərinin həmkarından messencerdə həyat yoldaçının öldüyü barədə mesaj alıb. Hərbi Komissarlıqdan isə rəsmi bildiriş gəlməyib. Xüsusi hərbi əməliyyat əsgərinin ürək xəstəliyindən öldüyü üçün ailə müavinətlərdən məhrum edilib.
Və ərinin ölüm xəbərini eşidən qadın infarkt keçirib. Xəstəxanada həkimlər bütün lazımi yardımı göstərsələr də, onu xilas edə bilməyiblər.
Əli Babayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.