RU

ABŞ və müttəfiq donanmaları Fars körfəzində hərəkətə keçdi – BAŞLAYIR!

Fars körfəzində gərginlik kulminasiya nöqtəsinə çatır.

KONKRET.az-ın OSINTdefender platformasına istinadən məlumatına görə, ABŞ və müttəfiq ölkələrin bütün hərbi gəmiləri Bəhreyndəki dəniz bazasını tərk edərək dənizə çıxıb. Bu, Vaşinqtonun mümkün hərbi müdaxiləyə hazırlaşdığı ehtimalını gücləndirir.

Eyni vaxtda İsraildə hava həyəcanı elan edilib. Yerli hakimiyyət orqanları rəsmi hava hücumu təhlükəsi sirenlərinin səsləndiyini və əhalinin sığınacaqlara yönləndirildiyini bildiriblər.

İran tərəfi isə raket hücumuna başladığını rəsmən təsdiqləyib və buraxılış görüntülərini yayımlayıb.

Bölgədə vəziyyət hər an nəzarətdən çıxa bilər. Analitiklərin fikrincə, növbəti saatlar ABŞ və İran arasında mümkün birbaşa qarşıdurmanın başlanğıc nöqtəsi ola bilər. Natiq Səlim,
KONKRET.az
Избранный
22
1
konkret.az

2Источники