RU

Yeni Qərargah növbəti raket hücumu ilə bağlı Hayfa və Təl-Əviv sakinlərinə səsləndi: "Şəhəri boşaldın!"

İran Baş Qərargah rəisi Əbdürrəhim Musəvi İsrailin paytaxtı Təl-Əviv və Hayfanın əhalisinə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hər iki şəhərə indiyədək görünməyən raket zərbələri endirəcəklərini bəyan edib.

İranlı general daha çox mülki insanların ölməsini istəmədiklərini deyib: "Bilin ki, indiyə qədər həyata keçirilən əməliyyatlar sadəcə çəkindirmə üçün xəbərdarlıq idi. İndisə gerçək cəza əməliyyatı həyata keçiriləcək. Bu əməliyyat tamam fərqli olacaq. İsrail indiyədək istifadə etmədiyimiz hücumu dadacaq"

Tahir Şəlvəli
MİA.AZ

Избранный
35
2
mia.az

3Источники