İspaniyanın “Selta” klubu “Leipsiq”in yarımmüdafiəçisi İlaix Moribanı heyətinə qatmaq üçün müqaviləni rəsmiləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, Viqo klubu 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər uzunmüddətli sözləşmə imzaladığını açıqlayıb.
Bu transfer üçün “Selta” 6 milyon avro ödəyib. Klub rəhbərliyi Moribanın növbəti mövsümdə əsas heyətin aparıcı simalarından biri olacağını gözləyir.
Ötən mövsüm “Barselona”nın yetirməsi La Liqada 33 oyunda iştirak edib və 1 qol vurub. Transfermarkt futbolçunun bazar dəyərini 6 milyon avro qiymətləndirir.