RU

"Barselona" Luis Diasın transfer prosesində narahatlıq yaşayır

“Barselona” “Liverpul”un hücumçusu Luis Diasın transferi ilə bağlı yaranan vəziyyətdən narazıdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya klubu kolumbiyalı futbolçu və onun agentinin “Liverpul”a göstərdiyi təzyiqin səviyyəsini yetərli hesab etmir.

“Blauqrana” rəhbərliyi bu təzyiqin transfer prosesini sürətləndirəcəyini və futbolçunun qiymətini 60 milyon avroya qədər endirəcəyini ümid edirdi. Lakin danışıqların ləngiməsi və agentin prosesə tələsmədən yanaşması klub daxilində narahatlıq yaradıb.

Mənbənin məlumatına görə, “Barselona” nümayəndələri bu məsələdə “Atletik”in cinah oyunçusu Niko Uilyamsın transferində göstərdiyi fəallığı nümunə çəkərək, Diasdan da daha təşəbbüskar mövqe gözləyirlər.

Избранный
15
90deqiqe.az

1Источники