Ajans.az xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi videobəyanatında bildirib. "İndiyə qədər həyata keçirilən əməliyyatlar yalnız düşməni çəkindirmək məqsədi daşıyan xəbərdarlıq addımları idi. Tezliklə cəza əməliyyatları həyata keçiriləcək", - Musəvi vurğulayıb. O, həmçinin israilliləri Tel-Əviv və Hayfanı tərk etməyə çağırıb.
"İşğal olunmuş ərazilərin sakinlərini, xüsusilə Tel-Əviv və Hayfada yaşayanları, öz həyatları naminə bu əraziləri tərk etməyə çağırırıq", - videobəyanatda deyilir.