RU

İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani iyunun 17-də jurnalistlərlə söhbətində deyib ki, nüvə obyektlərinə hücumlar nəticəsində radiasiya sızması barədə bizdə məlumat yoxdur.

XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, MAQATE də bu barədə müvafiq hesabat verməyib.

Səfir əlavə edib ki, Natanzidəki nüvə obyekti Ermənistandan çox uzaqda yerləşir və narahat olmağa əsas yoxdur.

Səfir vurğulayıb ki, Tehran uçuşların ləğvi və ya gecikməsi səbəbindən İİR-ə daxil ola bilməyən vətəndaşların Ermənistandan İrana daşınmasını təmin etmək üçün təşkilati məsələlərlə məşğul olur.

Xəbər 4 dəfə oxunub.
Избранный
9
xezernews.az

1Источники