ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada yaşayan erməni milyarder, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan Nikol Paşinyan hökumətilə qarşıdurmada olan erməni Apostol kilsəsinin müdafiəsinə qalxıb.
“AzPolitika” xəbər verir ki, erməni mətbuatına açıqalma verən Karapetyan Nikol Paşinyan hökumətini hədələyərək, özünün hökumət-kilsə qarşıdurmasına müdaxilə edə biləcəyini deyib: “Kiçik bir qruplaşma erməni tarixini, erməni kilsəsinin min illik tarixini unudaraq erməni kilsəsinə, erməni xalqına hücum edib. Mən həmişə erməni kilsəsinə və erməni xalqına yaxın olmuşam. Əgər siyasətçilər bacarmasalar, o zaman kilsəyə qarşı kampaniyaya biz özümüz müdaxilə edəcəyik".
O, “özümüz” deyərkən kimləri nəzərdə tutduğunu açıqlamasa da, onun Kreml və Rusiya xüsusi xidmət orqanları ilə yaxınlığı heç kimdə şübhə doğurmur. Onu da qeyd edək ki, Karapetyan 44 günlük müharibə günlərində Rusiyadan Ermənistana silah ötürülməsində ən aktiv iştirakçılardan olub və bunu gizlətməyib.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.