RU

CNN: ABŞ kəşfiyyatı İranın hələ də nüvə silahı yaratmaqdan uzaq olduğunu aşkar edib

İsrail hakimiyyəti və ABŞ prezidenti Donald Trampın bəyanatlarının əksinə olaraq, Amerikanın kəşfiyyat orqanları İranın nüvə silahı yaratmaq niyyətində olmadığı qənaətinə gəliblər.

Herbiand.az bildirir ki, bu barədə CNN dörd mənbəyə istinadən xəbər verir.

İsrail iyunun 13-də Tehranın nüvə silahı yaratmağa yaxın olduğunu bəhanə edərək İrana qarşı hərbi əməliyyatlara başlayıb. CBS telekanalı bildirib ki, Trampın sözlərinə görə, “İran nüvə silahına sahib olmağa çox yaxındır”.

“İran təkcə nüvə silahı yaratmaq üçün fəal işləmir, lakin həm də nüvə silahını istehsal edib seçdiyi hədəfə çatdıra bilməsinə üç il qalıb”, - CNN mənbələrin qiymətləndirməsinə istinadən yazır.

Telekanalın mənbələrinin məlumatına görə, ABŞ kəşfiyyatçıları hesab edirlər ki, İsrail cəmi bir neçə günlük hərbi əməliyyatlar zamanı İranın nüvə proqramının inkişafını cəmi bir neçə ay ləngidə bilib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
8
herbiand.az

1Источники