RU

İrana kiberhücum Bankomatlar sıradan çıxarıldı

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran ilə İsrail arasında müharibənin 5-ci günündə regionda gərginlik davam edərkən, İran bu dəfə kiber hücumla sarsılıb. 

Ölkənin ən köklü və mühüm maliyyə qurumlarından biri olan "Bank Sepah" genişmiqyaslı kiber hücuma məruz qalıb. Hücum nəticəsində ölkə üzrə bankomat sistemləri fəaliyyətini dayandırıb.

Hücuma görə məsuliyyəti "Predatory Sparrow" (Yırtıcı Serçə) adlı məşhur xakker qrupu öz üzərinə götürüb. Qrup sosial şəbəkələr vasitəsilə yaydığı açıqlamada "Bank Sepah"-ın bütün məlumatlarını sildiklərini bəyan edib. 

Sözügedən hücumdan sonra "Bank Sepah"-ın bankomat cihazları ölkə səviyyəsində fəaliyyətini dayandırıb. 

"İran International" media orqanına danışan müştərilər hesablarına daxil ola bilmədiklərini, bəzi bank filiallarının isə ümumiyyətlə fəaliyyətini dayandırdığını bildiriblər.

İran Mərkəzi Bankının nümayəndəsi dövlət agentliyi "IRNA"-ya açıqlamasında isə vəziyyətin sabit olduğunu bildirib: “Bütün bank sistemləri düzgün şəkildə fəaliyyət göstərir və müştərilərə xidmət edir.” Qeyd edək ki, Bank Sepah İran daxilində 1800-dən çox filialla yanaşı, İngiltərə, Fransa, Almaniya və İtaliyada da fəaliyyət göstərir.

Bu barədə İran rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
azpolitika.info

1Источники