RU

Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər

Gələcəkdə Türkiyə universitetləri  Naxçıvan Dövlət Universiteti, Türkiyə və Azərbaycan Hesablama palataları ilə birgə proqramlar hazırlaya bilər.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərin yekunu ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Hesablama Palatası arasındakı bu proqramın bağlanış tədbirində iştirak etmək, Türkiyə Respublikası Hesablama Məhkəməsi və Azərbaycan Hesablama Palatası arasında bu cür əlaqələrin daha da inkişaf etməsi böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərin yekun ilə bağlı tədbir keçirilib. Tədbir AR Hesablama Palatası və NDU arasında 18 fevral 2025-ci il tarixində imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində keçirilib.

 

Избранный
23
tehsil.biz

1Источники