RU

"Fitch": İran-İsrail münaqişəsi ölkələrin kredit profillərinə mənfi təsir göstərə bilər

BAKI, 17 iyun. TELEQRAF

İran və İsrail arasında hərbi qarşıdurma Yaxın Şərqdə geosiyasi və təhlükəsizlik risklərini artırıb. Münaqişənin genişlənəcəyi və ya uzanacağı təqdirdə bəzi suveren ölkələrin kredit profillərinə mənfi təsir göstərə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Bildirilib ki, qarşıdurmanın fəsadları İsrailin “A” səviyyəsindəki və “mənfi” proqnozlu reytinqi çərçivəsində həzm oluna biləcək həddə görünür:

"“Bren”t markalı xam neftin qiyməti qarşıdurmadan əvvəlki təxminən 65 ABŞ dollarından 75 dollar/barrelə yüksəlib və gözlənilir ki, neft qiymətlərində geosiyasi riskdən irəli gələn əlavə xərc (risk premiumu) təxminən 5-10 dollar səviyyəsində qalacaq. İranın hasilat və ixrac infrastrukturunda ciddi pozuntu yaranacağı təqdirdə bu, qiymətlərə daha çox təzyiq göstərə bilər. Lakin, hətta İranın bütün neft ixracının dayandığı ehtimalı reallaşsa belə, bu həcmi OPEC+ ölkələrinin ehtiyat hasilat gücü (gündəlik təxminən 5.7 milyon barrel) əvəz edə bilər.

OPEC-in məlumatına görə, İran 2024-cü ildə gündəlik təxminən 3.3 milyon barrel xam neft hasil edib. Neftin qiymətinin yüksəlməsi, xüsusilə İranın ixracı azalarsa və bu azalma digər ölkələr tərəfindən daha yüksək hasilatla kompensasiya edilərsə, bölgədəki neft istehsalçılarının fiskal və xarici gəlirlərinə müsbət təsir göstərəcək.

Agentlikdən qeyd edilib ki, Reytinqə təsir isə münaqişənin gedişindən və nəticəsindən, yəni onun İsrail və İranla məhdud qalıb-qalmamasından və ya daha geniş yayılıb-yayılmamasından asılı olacaq.

Yəməndə husilərin İranı dəstəkləmək məqsədilə hücumlarını genişləndirməsi ehtimalı var. Bu isə regionda, o cümlədən 2024-cü ildə husilərin hücumlarının artması nəticəsində hələ də tam bərpa olunmamış Süveyş kanalından keçən ticarət axını da daxil olmaqla, dəniz daşımalarında daha ciddi pozuntulara səbəb ola bilər. Belə bir vəziyyət Misirin kanaldan əldə etdiyi gəlirləri azalda bilər. Regionda hava nəqliyyatı və turizmin azalması isə bəzi ölkələr üçün xarici gəlirlərə risk yaradar. Məsələn, İordaniyada Avropadan gələn turist axınının yenidən kəskin azalacağı gözlənilir ki, bu da ölkənin iqtisadi artımı və büdcə gəlirlərinə mənfi təsir edə bilər. Bununla belə, əgər qarşıdurma əsas ssenaridən kənara çıxmasa, bu risklərin nəzarətdə saxlanacağı və kredit reytinqlərinə birbaşa təsir etməyəcəyi ehtimal olunur.

Избранный
10
teleqraf.com

1Источники