RU

Masallıda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Masallıda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

 

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Masallı Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu çıxış edərək tibb işçilərini təbrik edib, Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, çətin və şərəfli peşə sahiblərinə işlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim olunub.

 

Akif AĞAYEV
 

Избранный
13
qht.az

1Источники