Hafiz Hacıyevin partiyasında sədr dəyişəcək? — AÇIQLAMA
“Partiyamızda heç bir dəyişiklik gözlənilmir”.
Bunu Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, sədrliyə davam edəcək:
“Bakıda deyiləm, xaricdəyəm. Bizim partiyada hələ heç bir dəyişiklik gözlənilmir. Hələ o fikirdə deyilik. Sədr dəyişikliyi barədə bir fikir yoxdur”.
Qeyd edək ki, siyasi partiyalarla bağlı yayılan son xəbərlərdən sonra sosial şəbəkələrdə digər partiyaların sədrlərinin də dəyişə biləcəyi ilə bağlı fikirlər səsləndirilir.