RU

Təmərküzləşmə əməliyyatlarına dövlət nəzarətinin həyata keçirilməsi vacibdir – Agentlik rəsmisi (MÜSAHİBƏ)

Bakı. Trend:

Müvafiq bazarlarda sağlam rəqabətin təmin olunması,istehlakçıların seçim imkanlarının məhdudlaşdırılmasına, eləcə də,qiymət artımlarına səbəb ola biləcək halların qarşısının alınmasıüçün təmərküzləşmə əməliyyatlarına dövlət nəzarətinin həyatakeçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Trend-ə müsahibəsində Azərbaycan RespublikasınınPrezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinin Antidempinq araşdırmaları sektorunun müdiri GündüzCamalzadə deyib.

O, müsahibəsində Rəqabət Məcəlləsində təsbit olunmuş iqtisaditəmərküzləşmələrin mahiyyəti və bu sahədə dövlət nəzarəti, razılıqtələb olunan təmərküzləşmələrin qiymətləndirilməsi prosesi,iqtisadi təmərküzləşmələr ilə bağlı müraciətlərin edilməsi qaydası,eləcə də təmərküzləşmə hesab olunmayan hallarla bağlı fikirlərinibölüşüb.

Agentlik rəsmisi əvvəlcə “iqtisadi təmərküzləşmə” anlayışınıizah edib və daha sonra bu sahədə dövlət nəzarətinin zəruriliyindəndanışıb:

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində təsbit olunmuşəsas anlayışlardan biri “iqtisadi təmərküzləşmə” anlayışıdır.Sözügedən Məcəlləyə görə, bir və ya bir neçə təsərrüfatsubyektinin, onun müəyyən hissələrinin birləşməsi, yaxud təsərrüfatsubyektinin, onun müəyyən hissələrinin (fəaliyyət sahələri,səhmləri, payları) və hüquqlarının əldə edilməsi, eləcə də birgətəsərrüfat subyektinin yaradılması təmərküzləşmə hesab olunur.

Müvafiq bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektlərinintəmərküzləşməsi prosesi məhsulları təchizat zənciri boyuncaformalaşan qiymətdən daha ucuza təklif etmək, yeni məhsullarhazırlamaq və ya keyfiyyəti artırmaq kimi müxtəlif faydalar gətirəbilər. Digər tərəfdən, bu cür əməliyyatlar hökmran mövqe yaratmaqvə ya bu mövqeni gücləndirməklə bazarda rəqabəti azaltmaq riskinidə daşıya bilər. Bu səbəbdən rəqabəti məhdudlaşdıran, istehlakçılarüçün qiymətləri artıran, müxtəlifliyi azaldan və innovasiyalarızəiflədən təmərküzləşmələr rəqabət qanunvericiliyinin tələbləriçərçivəsində qadağandır”.

G.Camalzadənin sözlərinə görə, müvafiq bazarlarda sağlamrəqabətin təmin olunması, istehlakçıların seçim imkanlarınınməhdudlaşdırılmasına, eləcə də qiymət artımlarına səbəb ola biləcəkhalların qarşısının alınması üçün təmərküzləşmə əməliyyatlarınadövlət nəzarətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsbedir:

“Rəqabət orqanının bu sahədə həyata keçirdiyi hüquqi tənzimləmətədbirləri həm bazar iştirakçıları arasında balanslırəqabətqabiliyyətliliyin qorunmasına, həm də rəqabətinstimullaşdırılması ilə iqtisadi səmərəliliyin təmin olunmasınaxidmət edir. Bu baxımdan təmərküzləşmə əməliyyatlarına dair hüquqiçərçivənin müəyyən edilməsi və onun effektiv icrası rəqabətmühitinin davamlı inkişafı üçün çox vacibdir”.

Qiymətləndirmə çərçivəsində ölkənin bütün ərazisindərəqabəti məhdudlaşdıran, hökmran mövqenin yaradılması ilənəticələnən təmərküzləşmələr təhlil olunur və qadağanedilir

Agentlik rəsmisi qeyd edib ki, təmərküzləşmələr üçün rəqabətorqanından razılıq alınmasının əsas məqsədi müvafiq bazarda rəqabətsəviyyəsinin təmin edilməsi, eləcə də rəqabəti məhdudlaşdıran və yaməhdudlaşdıra bilən əməliyyatların qarşısının alınmasındanibarətdir:

“Rəqabəti məhdudlaşdıra biləcək iqtisadi təmərküzləşmələr öznövbəsində bazarın rəqabət strukturuna mənfi təsir göstərə vəbununla da müvafiq bazarın təmərküzləşmə səviyyəsini artıra bilər.Bu isə son nəticədə hökmran mövqedən sui-istifadə hallarınınyaranmasına, əsassız qiymət artımına, mal və xidmətlərinkeyfiyyətinin aşağı düşməsinə, müvafiq bazarda innovativyeniliklərin tətbiqinin məhdudlaşdırılmasına, yekun etibariləistehlakçıların əldə etdiyi izafi faydanın azalmasına səbəbolur”.

“Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən ən azbiri müvafiq bazarda hökmran mövqedə olduqda, təmərküzləşmədəiştirak edən və ya bu əməliyyatdan sonra yaranan təsərrüfatsubyektinin dövriyyəsi 25 milyon manatdan çox olduqda, təsərrüfatsubyektlərinin sonuncu hesabat ilində ümumi dövriyyəsi ölkədaxilində və ölkə xaricində 35 milyon manatdan çox olduqda,təsərrüfat subyektindən birinin ümumi dövriyyəsi 15, digərlərininümumi dövriyyəsi 5 milyon manatdan çox olduqda və ya dövriyyələr buhədlərdən az olmasına baxmayaraq, təmərküzləşmə əqdinintərəflərindən ən az birinin payı müvafiq bazarda 20%-dən çoxolduqda bu təmərküzləşmələrin həyata keçirilməsi üçün rəqabətorqanının razılığı alınmalıdır.

Bundan əlavə, rəqabət orqanı tərəfindən razılıq tələb olunantəmərküzləşmələrin qiymətləndirilməsi də aparılır. Qiymətləndirmətəmərküzləşmələrin müvafiq bazarın strukturuna, həmçinin rəqabətinqorunması və inkişafına təsirlərinin müəyyən edilməsi məqsədiləhəyata keçirilir. Qiymətləndirmə çərçivəsində ölkənin bütünərazisində və ya onun bir hissəsində rəqabəti məhdudlaşdıran və yaməhdudlaşdıra bilən, hökmran mövqenin yaradılması və yagücləndirilməsi ilə nəticələnən və ya nəticələnə biləntəmərküzləşmələr təhlil olunur və rəqabət qanunvericiliyinintələblərinə uyğun olaraq qadağan edilir və ya əlavə tənzimləyicişərtlər daxilində razılıq verilməsi üçün qərar qəbul edilir.

Əgər rəqabət orqanı hesab edərsə ki, təsərrüfat subyektlərinintəmərküzləşməsi texnologiya, səmərəlilik və ya başqa müsbəttəsirlər baxımından müvafiq bazara, eləcə də istehlakçılara dahaçox fayda gətirə bilər və bu fayda başqa yollarla əldə ediləbilinməzsə, bu halda təmərküzləşməyə razılıq verilir”, - deyə G.Camalzadə bildirib.

İqtisadi təmərküzləşmələr ilə bağlı müraciətlərinedilməsi qaydası

Agentlik rəsmisi qeyd edib ki, təmərküzləşmə həyatakeçirilməzdən əvvəl, eləcə də təmərküzləşməyə dair müqaviləbağlanıldıqdan, qərar qəbul edildikdən, təklif verildikdən və yatərəflər arasında razılıq əldə olunduqdan sonra 30 gün ərzindərəqabət orqanına razılıq alınması üçün ərizə ilə müraciət etməklazımdır: “Ərizə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin29.07.2024-cü il tarixli 363 nömrəli qərarı ilə təsdiq olunmuşformaya uyğun tərtib olunmalıdır.

Ərizə təmərküzləşmədə iştirak edən və ya birgə nəzarəti əldəedən təsərrüfat subyektləri, həmçinin bir və ya daha çox təsərrüfatsubyektinin müəyyən hissələri, yəni səhmləri, payları və s.üzərində nəzarət əldə edən təsərrüfat subyekti tərəfindən təqdimedilir.

Ərizə sözügedən Məcəllənin müvafiq maddəsi ilə nəzərdə tutulansənəd və məlumatların təsdiq edilmiş surətləri və ərizəninaraşdırılması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədilə birlikdə təqdim edilməlidir”.

G. Camalzadə bildirib ki, ərizə təqdim edildikdən sonra rəqabətorqanı tərəfindən onun Rəqabət Məcəlləsinin tələblərinə uyğunluğuyoxlanılır: “Əgər ərizədə, həmçinin ona əlavə edilmiş sənədlərdəçatışmazlıqlar aşkar edilərsə, onların aradan qaldırılması barədətəsərrüfat subyektinə bildiriş təqdim edilir. Təsərrüfat subyektibildirişi aldığı gündən ən geci 10 iş günü müddətində qeyd edilənçatışmazlıqları aradan qaldırmalı və rəqabət orqanına yazılıməlumat təqdim etməlidir.

Ərizə onun təqdim edildiyi gündən 30 iş günü müddətindəaraşdırılır. Araşdırma üçün daha artıq müddət tələb olunarsa,rəqabət orqanının qərarı əsasında araşdırma müddəti hər dəfə 30 işgünü olmaqla 2 dəfə uzadıla bilər.

Araşdırmanın nəticəsində rəqabət orqanı tərəfindən aşağıdakıəsaslandırılmış qərarlardan biri qəbul edilir:

ərizənin baxılmamış saxlanılması;

ərizənin təmin edilməsi və ya qismən təmin edilməsi;

ərizənin təmin edilməsindən imtina edilməsi.

Rəqabət orqanı tərəfindən qəbul edilmiş qərar 3 iş günümüddətində təsərrüfat subyektinə təqdim edilir”.

Təmərküzləşmə hesab olunmayanhallar

G.Camalızadənin sözlərinə görə, Rəqabət Məcəlləsinə əsasən,maliyyə institutları 1 il ərzində təkrar satış məqsədilə hər hansıtəsərrüfat subyektinin səhmlərini və ya paylarını əldə edirsə, buhal təmərküzləşmə hesab edilmir: “Burada əsas məsələ həmin maliyyəinstitutunun səsvermə hüququndan istifadə etməməsidir. Səhmlər vəya paylar üzrə səsvermə hüququ yalnız müəyyən müddət ərzindəşirkətin rəhbərliyini – yəni direktorlar, icra orqanı və yamüşahidə şurası üzvlərini seçmək üçün istifadə oluna bilər.

Bununla yanaşı, əgər bir təsərrüfat subyekti iflas edirsə və onuidarə etmək hüququ ləğvetmə komissiyasına, əmlak inzibatçısına vəya ləğvediciyə verilirsə, bu hal da təmərküzləşmə hesabedilmir”.

“Həmçinin qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa,bir-biri ilə əlaqəli olan şəxslər qrupu arasında aparılanəməliyyatlar da təmərküzləşmə sayılmır. Bir şərtlə ki, beləəməliyyat olduqda, bu barədə 7 iş günü ərzində rəqabət orqanınaməlumat verilməlidir. “Şəxslər qrupu” dedikdə, AzərbaycanRespublikasının Vergi Məcəlləsinə əsasən, qarşılıqlı surətdə asılıolan hüquqi və ya fiziki şəxslər, habelə bir-birinin və ya biridigərinin qəbul etdiyi qərarlara və ya bazardakı fəaliyyətinəbirbaşa və ya dolayı yolla, həlledici nəzarət edən, yaxud eynişəxslər (hüquqi və ya fiziki) və ya onların ailə üzvləri tərəfindənidarə edilən hüquqi və ya fiziki şəxslər nəzərdə tutulur”, - deyəG. Camalzadə fikirlərini yekunlaşdırıb.

Избранный
12
az.trend.az

1Источники