RU

Paşinyanın Türkiyəyə səfəri təsdiqləndi

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri barədə yayılan məlumatları təsdiq edib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərə açıqlamasında danışıb.

Səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacağını qeyd edən spiker əlavə edib: “Düşünürəm ki, bu, tarixi səfərdir. Çünki Ermənistan lideri ilk dəfə bu səviyyədə səfər həyata keçirəcək”. 

Səfərin proqramı açıqlanmasa da, Simonyan bütün regional məsələlərin müzakirə ediləcəyini vurğulayıb. 

Xatırladaq ki, ötən həftə Ermənistanın “24News” agentliyi Paşinyanın iyunun 20-də Ankaraya səfər edəcəyini və Ərdoğanla görüşəcəyini yazmışdı.

Избранный
8
qafqazinfo.az

1Источники