RU

Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir

“Biliklərin praktik tətbiqi şagirdlərə məlumatı sadəcə əzbərləmək deyil, həm də daha yaxşı anlamaq və yadda saxlamaq imkanı verir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı səsləndirib.

Nazir müavini bildirib ki, biliklər – şagirdin təhsil prosesi ərzində mənimsəməli olduğu faktlar, məlumatlar və anlayışlardır. Bunlara həm akademik fənlərlə bağlı, həm də sosial, mədəni və təbii mühitlə bağlı biliklər daxildir.

Onun sözlərinə görə, bacarıqlar isə şagirdin inkişaf etdirməli olduğu praktik qabiliyyətlər və fəaliyyət üsullarıdır. Bu bacarıqlar əldə olunan biliklərin praktikada tətbiqinə şərait yaradır:

“Biliklər bacarıqların formalaşması üçün zəmin yaradır, bacarıqlar isə vərdişlərin inkişafına təkan verir. Bu komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir və kompleks, dərin təhsil prosesinin əsasını təşkil edir”.

Избранный
15
tehsil.biz

1Источники