RU

Xamanei üçün Səddam Hüseyn xatırlatması: Katzdan sərt xəbərdarlıq

İsrailin müdafiə naziri İsrael Katz İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın ölkəsini işğal etməsindən sonra əsir götürülərək edam edilən İraqın keçmiş prezidenti Səddam Hüseynin taleyini xatırladıb.

O, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndələri ilə keçirilən əməliyyat müşavirəsində bildirib.

"Mən İran diktatorunu müharibə cinayətləri törətməyə və mülki İsrail sakinlərinə raketlər atmağa davam etməməsi barədə xəbərdarlıq edirəm. O, İranın qonşu ölkəsində İsrail dövlətinə qarşı eyni yolu tutan diktatorun başına gələnləri xatırlamalıdır", - Katz vurğulayıb.

İsrailin müdafiə naziri əlavə edib ki, ölkəsi bəyan etdiyi məqsədlərə uyğun olaraq bütün cəbhələrdə İrana zərbələr endirir.

Избранный
10
aznews.az

1Источники