RU

Odlar Yurdu Universitetinin əməkdaşının beynəlxalq uğuru

Odlar Yurdu Universitetinin akademik heyəti beynəlxalq elmi platformalarda uğurla təmsil olunmaqda davam edir. Universitetin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi, Karyera və məzunlarla iş (ALUMNI) departamentinin rəhbəri Aslan Əzimzadənin həmmüəllifi olduğu elmi tədqiqat ABŞ-ın nüfuzlu IGI Global nəşriyyatında çap olunaraq beynəlxalq elmi ictimaiyyətin diqqətinə təqdim edilmişdir.

QHT.az xəbər verir ki, "International Relations Dynamics in the 21st Century: Security, Conflicts, and Wars" adlı monoqrafiyanın tərkibində yer alan və Aslan Əzimzadənin həmmüəllifi olduğu “Humanitarian Crises in the Digital Age” adlı bölmə yüksək elmi dəyəri ilə seçilərək dünyanın aparıcı elmi bazalarından biri olan Scopus tərəfindən indekslənmişdir. Kitabın elmi redaktoru isə tanınmış türk alim Dos. Dr. Merve Suna Özel Özcan olmuşdur.

Bu uğur, Odlar Yurdu Universitetinin beynəlxalq elmi əməkdaşlıqlara və qlobal elmi mühitə inteqrasiya istiqamətində atdığı mühüm addımlardan biridir. Universitetin müəllim heyətinin belə yüksək səviyyəli beynəlxalq elmi nəşrlərdə təmsil olunması təhsil müəssisəsinin elmi potensialını, akademik nüfuzunu və müasir elmi trendlərlə ayaqlaşmaq əzmini bir daha nümayiş etdirir.

Odlar Yurdu Universiteti olaraq müəllimimizi bu uğuru münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

Избранный
18
qht.az

1Источники