RU

Numan Kurtulmuş: İsrail İrana hücum etməklə son dərəcə riskli və təhlükəli addım atıb

İsrail İrana hücumları ilə həm Qəzzanı beynəlxalq gündəmdən bir şəkildə çıxarmaq, həm də savaşı dərinləşdirərək bölgədəki qeyri-sabitliyi davamlı hala gətirmək üçün son dərəcə riskli və təhlükəli addım atıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ankarada səfərdə olan gürcü həmkarı Şalva Papuaşvili ilə birgə mətbuat konfransında deyib.

O, İsrailin addımlarının dünyanı sonu qeyri-müəyyən toqquşmaya çəkdiyini bildirib: “İsrail hökumətinin həm də bölgədəki bütün problemlərin həlli üçün tərəflərin hamısında sülh perspektivinin hakim olmağa başladığı bir dövrdə - məsələn, Cənubi Qafqazda problemlərin sülhlə həll edilməyə başladığı bir dövrdə, yaxud da İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə nüvə müzakirələri üçün görüşməyə başladığı bir dövrdə, habelə Rusiya və Ukrayna arasında sülh əldə edilməsi üçün müzakirələrin başladılmasının danışıldığı bir vaxtda birdən-birə gündəmi dəyişdirərək bu coğrafiyada sülhün imkansız hala gətirilməsi üçün atdığı bu addımı bir daha şiddətlə qınadığımızı ifadə edirik. Bu yol doğru yol deyil”, - Kurtulmuş əlavə edib.

Избранный
13
5
apa.az

6Источники