RU

Sertifikatlaşdırma imtahanlarında sualların çətinlik dərəcəsi necə olacaq?

BAKI, 17 iyun. TELEQRAF

Sertifikatlaşdırma imtahanlarında suallar müxtəlif çətinlik səviyyəsindədir.

Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru, Nəzakət Mehdiyeva müəllimlərin sertifikatlaşdırılması prosesi bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, sertifikatlaşdırma imtahanlarında suallar müxtəlif çətinlik səviyyəsində – asan, orta və çətin qruplarda təqdim olunur.

“Suallar təkcə asan deyil. Əlbəttə, çətin suallar da var və bu, qiymətləndirmənin əsasını təşkil edir. Bu üsul müəllimlərin real peşəkar ehtiyaclarını müəyyənləşdirmək üçün tətbiq olunur. Qarşıdakı imtahamlarda da bu prinsipə əməl olunacaq".

Избранный
8
teleqraf.com

1Источники