RU

“Sabah” “Selye” ilə “Şerif”i keçə bilər” – Vaqif Sadıqov

Ölkə kubokunun finalında “Qarabağ”ı məğlub etməklə Avropa Liqasına vəsiqə qazanan “Sabah”ın bu turnirin 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün saat 17.00-da başlayacaq püşkatma zamanı müəyyənləşəcək.

Masazır təmsilçisinin dörd potensial rəqibi var. Bunlar Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), "Selye" (Sloveniya) və "Spartak"dı (Trnava, Slovakiya).

“Football-plus.az” “Sabah”ın mümkün rəqiblərindən hansının daha münasib olmasıyla bağlı Vaqif Sadıqovun fikrini öyrənib:
“Təəssüf ki, rəqibləri biz seçə bilmirik. Münasib rəqiblərin düşməsini istərdik. “Sabah” hazırkı durumdan çıxmalıdı. Baş məşqçi gəlməli, futbolçular transfer olunmalıdı. Nə qədər ağır olsa da, bu komandaya inamımız böyükdü. Bu vəziyyətlərdən çıxa biləcək komandadı. Rəqiblərə gəlincə, kağız üzərində ən çətin rəqib “Şaxtyor”du. Müntəzəm avrokuboklarda oynayan klubdu. Rəqibin kimliyindən aslı olmayaraq, “Sabah”ın da gücü olmalıdı. Hər bir rəqibə hazır olmalıyıq. “Selye” ilə “Şerif”i keçə bilər. “Qarabağ” və “Zirə” daha əvvəl bu komandalara qarşı oynayıb, həm oyun həm də nəticə baxından sevinən tərəf olmuşuq. Əsas olan odu ki “Sabah” güclənsin və hər rəqibə hazır olsun”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
10
football-plus.az

1Источники