RU

Nəzakət Mehdiyeva: Vebinarlarda müəllimlər üçün çətinlik yaradan suallara cavab verilir

Nəzakət
"Növbəti görülən işlərdən biri də vebinarların təşkil olunmağıdır". 1news.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə səsləndirib.
Onun sözlərinə görə, Təhsil İnstitutunun "Facebook" səhifəsində mütəmadi olaraq, həftə ərzində bir neçə dəfə vebinarlar təşkil olunur:
"Bu vebinarlarda müəllimlər üçün çətinlik yaradan suallara cavab verilir. Məlumdur ki, sertifikatlaşdırma üçün əsas tələblərdən biri şagirdlər üçün müəyyən olunmuş tədris proqramından kənara çıxmamaqdır. Vebinarlar isə bu kimi məsələlərin müzakirəsi üçün əlverişli platformadır".

Nəzakət Mehdiyeva qeyd edib ki, bununla yanaşı, video dərslərin çəkilişi də təşkil olunub:
"Ən nəhayət, bütün fənlər üzrə sınaq imtahanları keçirilib. Həmin sınaqlara dair materiallar daha sonra Təhsil İnstitutunun rəsmi saytında yerləşdirilib ki, müəllimlər özlərini real imtahan şəraitində yoxlaya bilsinlər və eyni zamanda sonradan öz səhvləri üzərində işləsinlər".

Избранный
13
1news.az

1Источники