RU

Hakerlər İranın bank məlumatlarını məhv etdiklərini iddia edirlər

ain.az bildirir, Bizimyol portalına istinadən.

Hesabatlar göstərir ki, İran bankları böyük kiberhücuma məruz qalıb, sakinlər bankomatlardan nağd pul çıxara bilmirlər.

Bizimyol.info xəbər verir ki, İran müxalifəti ilə əlaqəsi olan "İran İnternational" xəbər agentliyinin məlumatına görə, hazırkı insidentin arxasında duran qrup əvvəllər İran institutlarına böyük kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

“Gonjeshke Darandeh” və ya “Yırtıcı Sərçə” kimi tanınan haker qrupu "X" sosial şəbəkəsində ABŞ sanksiyaları altında olan İranın Bank Sepaha aid məlumatları məhv etdiyini iddia edib.

“Diktatorun terror fantaziyalarını dəstəkləyən qurumlarla belə olur. Yardımları ilə bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik”, - deyə hakerlərin bəyanatında deyilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
icma.az

1Источники