RU

ANAMA rəsmisi: Minaları belə partladırıq

AĞDAM. 17 iyun. TELEQRAF

Əraziləri minalardan təmizləyərkən ən böyük çətinlik minaları partlatmaqdır.

Bu sözləri Teleqraf-ın yerli müxbirinə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi Rahib Quliyev deyib. Onun sozlərinə görə, daşınması çətin minaları partlatmaqdan başqa əlac qalmır: "Onları yerində partlatmaq lazımdır. Bu zaman yeni tikilən evlərə və tikililərə ziyan verməmək məqsədi ilə partlayışı xüsusi qaydalara uyğun həyata keçiririk. Seysmik titrəmənin qarşısını almaq üçün xüsusi kanallar çəkilir. Partlayışın gücü əvvəlcədən dəqiqliklə hesablanır ki, tikililərin bünövrəsinə ziyan dəyməsin və çatlar yaranmasın".

Избранный
10
teleqraf.com

1Источники