Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib.
Fondu ləğvi ilə bağlı müvafiq fərman imzalanıb. Naxçıvan qanunvericiliyində Fondun ləğvi ilə bağlı müəyyən dəyişikliklər ediləcək.
Qeyd edək ki, Naxçıvan Aqrar Sığorta Fondu 2020-ci ilin yanvarında Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun fərmanı ilə yaradılıb.
Xatırladaq ki, Vasif Talıbov 1995-ci ildən 21 dekabr 2022-ci ilədək Ali Məclisin sədri vəzifəsində çalışıb.