ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" klubu heyətinə yeni futbolçular qatıb. Bu barədə Sport24.az-a bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov məlumat verib.O, beş futbolçu ilə müqavilə imzaladıqlarını bildirib:"Beş futbolçu ilə yeni müqavilə imzalamışıq. Söhbət Dioqo Rollo, Mehdi Tahirov, İdris İnqilablı, Həzret İsayev və Vüsal Qənbərovdan gedir. Geri qaytardığımız sabiq oyunçularımız da var. Ötən mövsüm MOİK-də ("Ordu") çıxış edən İbrahim Əliyevi, "Karvan"da top qovan Ezekiel Morqanı sıralarımıza qatmışıq. Digər oyunçularla danışıqlar davam edir və yaxın zamanda anlaşdıqlarımızla bağlı sosial media hesablarımızda məlumat verəcəyik".Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.