RU

Neymarın atası: “Bu həftə klublarla danışmaq üçün Mayamiyə gedirik”

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Santos"un futbolçusu Neymarın atası və agenti Neymar da Silva futbolçunun Braziliya klubunda qala biləcəyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "L'Equipe" açıqlama verib:

"Onun "Santos"da qalma ehtimalı yüksəkdir. Bunun üzərində işləyirəm. Bu, başqa klublardan gələn təklifləri dinləməyimə mane olmur. Bazarda maraq görürəm. Bu həftə klublarla danışmaq üçün Mayamiyə gedirik. Onları dinləyib nə edəcəyimizə qərar verməliyik".

Böyük Neymar 33 yaşlı futbolçuya Çempionlar Liqasında çıxış edən bəzi klublardan da maraq olduğunu qeyd edib.

Qeyd edək ki, bu ayın əvvəlində Neymarın karyerasını "Fənərbağça"da davam etdirə biləcəyi xəbəri yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
sport24.az

1Источники