RU

Qab yumaq beyin üçün faydalıdır

Saglamolun portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

QAB YUMAQ BEYİN ÜÇÜN FAYDALIDIRALİMLƏR AÇIQLADI“Time” jurnalında dərc olunan araşdırmaya əsasən, qab yumaq, təmizlik və ya yemək bişirmək kimi gündəlik və mexaniki fəaliyyətlər beynin daha effektiv işləməsinə kömək edir. Məişət işlərinin insanı "səyyar zehn" rejiminə keçirdiyi aşkar edilib. Florida Dövlət Universitetinin alimləri sübut ediblər ki, gündəlik sadə işlər “anı dərk etmək” yanaşması ilə vəhdətdə olanda psixoloji vəziyyət yaxşılaşır. Somnoloqlar, yəni yuxu üzrə mütəxəssislər bu halı mürgüləməyə bənzədib. Yəni insan tam oyaq olsa da, beyin istirahət rejiminə keçərək dərin düşüncələrə dalır, arxa planda məlumatları emal edir. Bu baxımdan gündəlik ev işləri təkcə evi deyil, həm də beynimizi "təmizləyir".

Saglamolun.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
saglamolun.az

1Источники