Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
10Источники
-
news24.azSabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ ( 18364792)
-
cebheinfo.azSabah 34° isti olacaq ( 18365482)
-
azertag.azSabah hava əsasən yağmursuz olacaq ( 18365326)
-
azertag.azSabah hava əsasən yağmursuz olacaq ( 18365317)
-
moderator.azSabah 34 dərəcə isti olacaq - PROQNOZ ( 18365095)
-
aznews.azSabah 34 dərəcə isti olacaq ( 18364837)
-
far.azSabah 34 dərəcə isti olacaq ( 18364435)
-
bizim.mediaSabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ ( 18364477)
-
afn.az19 iyun proqnozu: yağmursuz hava və 34 dərəcə isti ( 18364366)
-
medicina.azSabahın hava proqnozu ( 18364345)