RU

Ölçmə metodikalarının attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilə təsdiq ediləcək

Bakı. Trend:

Azərbaycanda ölçmə metodikalarının (metodlarının)attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilətəsdiq ediləcək.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin imzaladığı “Ölçmələrin vəhdətinin təminedilməsi haqqında” Azərbaycan Respublikasının bəzi fərmanlarındadəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövləttənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının)attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı,qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidənrəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aidolan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqındaşəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla(o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıdahüquq sahibinə təqdim olunur.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinəaid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasıhaqqında şəhadətnamənin qeydiyyatı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinəaid olan sahədə istifadə edilmək üçün nəzərdə tutulmuş ölçməvasitələrinin yoxlanılmasının nəticəsinə əsasən ölçmə vasitələriistifadəyə yararsız sayılırsa, yoxlama nişanı və (və ya) yoxlamahaqqında şəhadətnamə ləğv olunur və yararsızlıq haqqında bildirişverilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır.

Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdimolunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnaməninyaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğvedilməsi, yenidən rəsmiləşdirilməsi, habelə yararsızlıq haqqındabildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi bu Qanunun5.4-1-ci maddəsində nəzərdə tutulan informasiya sistemi vasitəsiləhəyata keçirilir. Ölçmə vasitələrinin yoxlanılması haqqındaşəhadətnamə və yararsızlıq haqqında bildiriş hüquq sahibininistəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçtünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdimolunur.

Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdimolunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin,yoxlama nişanının və yararsızlıq haqqında bildirişin qeydiyyatımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən aparılır.

Ölçmə vasitələrinin kalibrlənməsi “Uyğunluğun qiymətləndirilməsisahəsində akkreditasiya haqqında” qanunla müəyyən olunmuş qaydadaakkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindənhəyata keçirilir.

Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlətetalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqındasertifikatlar istisna olmaqla) yaradılması, qeydiyyatı, qüvvəsinindayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsibu Qanunun 5.4-1-ci maddəsində nəzərdə tutulan informasiya sistemivasitəsilə həyata keçirilir. Kalibrlənmə haqqında sertifikat hüquqsahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədənelektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquqsahibinə təqdim olunur.

Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlətetalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqındasertifikatlar istisna olmaqla) və kalibrlənmə nişanının qeydiyyatımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən aparılır.

Избранный
7
4
az.trend.az

5Источники