RU

DİN: Ötən gün bank hesablarından 5 min manatdan çox vəsait oğurlanıb

İyunun 16-da bir sıra şəxslərin bank hesablarından 3 min 146, 900, 400, 318, 240, 70 manat və 15 dollar kiber üsulla oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

“Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə DİN əhalini diqqətli olmağa çağırır. Bir daha diqqətə çatdırılır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”, - deyə məlumatda bildirilib.

Избранный
14
4
yeniazerbaycan.com

10Источники