RU

Çempion Ceydon Sançonu istəyir

"Mançester Yunayted"in geridə qalan mövsümü icarə əsasında "Çelsi"də keçirən vingeri Ceydon Sançonun yeni "futbol ili"nə harada başlamağa daha yaxın olduğu açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Canluka Di Martsionun saytı yayıb.

Məlumata görə, 25 yaşlı futbolçunun xidmətində İtaliya A Seriyasının son qalibi "Napoli" maraqlıdır. Mənbə bir müddət öncə "Mançester Siti"dən ayrılan belçikalı yarımmüdafiəçi Kevin De Bröyneni heyətinə qatan Neapol klubunun rəhbərliyinin Sançonun komandanı gücləndirəcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunçu "Çelsi" forması ilə bütün turnirlərdə 42 matça çıxaraq 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.

Nihat

Избранный
5
1
fanat.az

2Источники