RU

“Reklam arxasınca qaçır” Tramp Makronu təniqd etdi

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Fransa Prezidenti Emmanuel Makron, mənim G7 Zirvəsindən İsrail və İran arasında atəşkəs üçün Vaşinqtona qayıtdığımı deyib. Bu, yalandır! Mənim gedişim atəşkəslə bağlı deyil. Bu, ondan daha böyük məsələdir. Makron hər zaman səhv anlayır".

"AzPolitika" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth" sosial media hesabından etdiyi paylaşımda bildirib.

Tramp Makronu  “reklam arxasınca qaçmaqda” ittiham edib.

Qeyd edək ki, Fransa Prezidenti Makron G7 Zirvəsində jurnalistlərə verdiyi açıqlamada, ABŞ Prezidentinin İsrail və İran arasında mümkün bir atəşkəs üçün Vaşinqtona qayıtdığını iddia etmişdi.

“Həqiqətən də fikir mübadiləsi və danışıqlar üçün təklif var. ABŞ, atəşkəsə nail olunacağına dair əminlik ifadə etdi", – deyə Makron bildirmişdi.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
azpolitika.info

1Источники