RU

Burak Özçivitin 39 milyonluq maşını FOTO

News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli aktyor Burak Özçivit həm aktyorluğu, həm də şəxsi həyatı ilə daim gündəmdədir. 2017-ci ildə Fahriye Evcenlə ailə quran Özçivit iki uşaq atası olaraq ailəsi ilə örnək olaraq göstərilən adlar arasındadır. 

News24.az xəbər verir ki, onun bu dəfə gündəmə gəlməsinin səbəbi ailəsi deyil, yeni milyon dollarlıq maşını olub.

Ötən aylarda daşınmaz əmlak investisiyaları ilə gündəm olan Burak Özçivit bu dəfə milyon dollarlıq avtomobilinə qoyduğu sərmayə ilə diqqət çəkib. Türkiyədə bir neçə adamda rast gəlinən bu model kolleksiyasına əlavə edilən son parça kimi diqqət çəkir. Nəqliyyat vasitəsinin rəngi və kəskin cizgiləri, eləcə də performansı görənlərin diqqətini çəkib.

39 milyon 590 min TL dəyərində olan Porsche GT3 idman avtomobilini qarajına əlavə edən Özçivit avtomobillərə olan həvəsinə “dur” deyə bilməyib.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
news24.az

2Источники