RU

Yaponların uzun ömür sirri

“Mavi zonalar”dan biri olan Okinava həm xroniki xəstəliklərin aşağı nisbəti, həm də yüz yaşdan yuxarı insanların sayı ilə alimlərin diqqətini çəkir. Yaponların sağlam həyata yanaşması təkcə fərdi deyil, həm də sosial vərdişlərlə formalaşır.

News24.az xəbər verir ki, Yapon mətbəxi uzun ömrün təməl daşlarından biridir. 

Onların ən çox yediyi qidalar

Xüsusilə Okinavada tətbiq olunan pəhriz, yüksək lif və antioksidant şirin kartof, tofu və miso kimi bitki əsaslı protein mənbələri, minerallarla zəngin dəniz yosunu və ölçülü istehlak edilən balıq ilə balanslaşdırılmış pəhriz təklif edir. 

Bu yanaşmanın mərkəzində Konfutsinin təlimlərindən biri olan “Hara Haçi Bu” dayanır. Bu təlim insanlara 80 faiz tox olduqda yeməyi dayandırmağı tövsiyə edir ki, bu da həm kalorilərin idarə olunmasına, həm də həzminə kömək edir.

Günel Məlikzadə

Избранный
11
news24.az

1Источники