RU

Reabilitasiya mərkəzində xəstələrə əzab verməkdə təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb

Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life" reabilitasiya mərkəzinin əməkdaşı Sərxan Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Sərxan Əliyevin vəkili bildirib ki, ittihamda Sərxan Əliyev "New Life" reabilitasiya mərkəzinin əməkdaşı kimi qeyd edilsə də, əslində belə olmayıb. O, məhkəmədən müvəkkilinin işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Famil Rzayev, Elvüsal Hüseynov və Orucəli Əliheydərovun cəzası 1 azaldısa da, digər şəxslərin cəzasında dəyişiklik olmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunub.Həmçinin Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva isə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Избранный
6
3
apa.az

4Источники