RU

“Sanki oliqarx, nazir balasıdır...” – Murad Arif 

“Adamın əsəbdən ürəyi partlayır. Yazanda da birmənalı qarşılamırsınız... Sanki oliqarx, yaxud nazir balasıdır yazan... Mən yazıq, ağlım kəsəndən işləyirəm. Özü də necə...?! Günü bu gün, bir işdə varamsa, hər gün özünü doğrultmamaq qorxusundan o qədər həyəcanlanıram”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial media hesabında yazıb.

O, məsuliyyətsiz gəncləri də tənqid edib:

“Tər tökürük, can qoyuruq, bir müsbət rəyin, bir təşəkkürün quluyuq. Amma qıraqdan baxan elə bilir ki, nəsə göydən düşür. Ay hay...

Bax, cavan-cavan uşaqlar tanıyıram. Məsuliyyət 0, ciddiyyət 0, savad 0, intizam 0, fərasət 0! 20-22 yaşından haydı evlənməyə... 2 uşaq, 3 uşaq, 4 uşaq tappatarap! Ponatka, şüur, özünüdərk yetişmədən. A bala, necə dolanmağı düşünürsən? Nə bacarırsan? Taksovatlıq, moyka... “Patsan-patsan” veyillənmək... Evdə arvad-uşaq da kədərli, nakam, həyata tamarzı. Tək qal, gəz-dolan, kefini yaşa da. Dünya-aləm boyda pul qazanan oğlanlar var ki, özlərinə o veyillənməyi, sülənməyi, o çayxananı, o nərdi, dominonu rəva bilmir!

Haradandır bu rahatlıq? Və niyə BELƏ məsuliyyətsiz adamlar evlənir?”

Könül
Musavat.com

Избранный
5
7
musavat.com

10Источники