RU

USAID-in əməkdaşları 550 milyon dollarlıq korrupsiya sxemində iştirakını etiraf edib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşı və üç nəfər yerli şirkət rəhbəri 550 milyon dollarlıq korrupsiya sxemində iştirakını etiraf edib.

APA xəbər verir ki, bu barədə məlumat ölkənin Ədliyyə Departamentinin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, qurumun Müqavilələr Şöbəsinin əməkdaşı Roderik Uotson, eləcə də Uoltor Barns, Derril Britt və Pol Yanq adlı şirkət rəhbərləri 10 korrupsiya sxemi yaradaraq həmin sxem üzrə hərəkət ediblər.

Barns eyni zamanda, qiymətli kağızlardan istifadə üsulu ilə dələduzluqda da təqsirləndirilir.

Bu şəxslər tender keçirilmədən, yəni qanunsuz olaraq işlərin görülməsini tapşırdıqları şirkətlərlə müqavilələr bağlayaraq, külli-miqdarda gəlir əldə edib. Uotsonun bu sxemdən qazandığı pulun məbləği 1 milyon ABŞ dolları olub. O, rüşvəti əşya qismində də tələb edib almaqda günahlandırılır.

Daha sonra onlar bir sıra şirkətlərlə məhkəmə baxışlarının təxirə salınması istiqamətində qanunsuz razılaşmalar əldə edib.

ABŞ Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəhbəri Mettyu Qaleotti bildirib ki, təqsirləndirilən şəxslər ictimaiyyətin etibarın sui-istifadə edərək, dövlət satınalmaları sahəsində çoxsaylı qanunsuzluqlara yol verib.

Müttəhimlərin günahı sübuta yetirilərsə, onları 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmənin öz hökmünü 2025-ci ilin iyul – oktyabr ayları ərzində elan edəcəyi açıqlanıb.

Bir müddət öncə ABŞ Konqresinin Nümayəndələr Palatası USAID-in maliyyələşdirilməsinin dayandırılması barədə qərar qəbul edib. Respublikaçıların 4 nümayəndəsi və demokratlar qərarı etirazla qarşılayıb.

Xatırladaq ki, USAID-in adı MDB ölkələrində hakimiyyətin dəyişdirilməsi, minlərlə təbliğatçının hazırlanması kimi proseslərdə hallanır.

Избранный
5
2
apa.az

3Источники