RU

"Sepah Bank" kiberhücumla çökdürüldü

İranın "Sepah Bank" bankı kiberhücuma məruz qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, hücumdan sonra "Sepah Bank" tamamilə əlçatmaz olub və hesablara onlayn giriş itirilib. Həmçinin "Ansar" və "Kəusər" banklarının kartları da deaktiv edilib və istifadə oluna bilmir.

Banka kiberhücuma görə məsuliyyəti İsrail tərəfdarı olan "Predatory Sparrow" xaker qrupu öz üzərinə götürüb və bankın infrastrukturunun məhv edildiyini açıqlayıb: "Biz kiber əməliyyatda "Sepah Bank"ın bütün məlumatlarını məhv etdik". 

Ağarza Elçinoğlu

Избранный
8
unikal.az

1Источники