RU

Bakıda 23 nəfərə qarşı dələduzluq: Aralarında bank departamentinin direktoru da var

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim etməklə çox sayda vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən Vüsal Hüseynağa oğlu Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəmədə hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, bundan əvvəl bu cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb. Lakin o, ötən il vəfat etdiyi üçün cinayət işi yenidən araşdırılmağa başlayıb.

Prosesdə iki zərərçəkmiş - Rahib Rəhimov və Emil Babayev iştirak ediblər. Anket məlumatları dəqiqləşdirililən zaman Emil Babayevin Bank Avrasiyanın departament direktoru vəzifəsində işlədəyi məlum olub.

Təqsirləndirilən Vüsal Bağırov bildirib ki, ibtidai istintaq zamanı qanunsuzluqlara yol verilib. O, dövlət ittihamçısı Cövdət Mehrəliyevə etiraz edib və onun dövlət ittihamçısı qismində çıxış etməsini istəməyib.

Hakimlər etiraza baxmaq üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər dövlət ittihamçısına qarşı verilən etirazın təmin edilmədiyini elan ediblər. Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri müəyyən olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında vəzifəli şəxslər, professor və başqaları da var.

Избранный
11
publika.az

1Источники