RU

ABŞ İsraildəki heyətinə xəbərdarlıq edib

ABŞ-nin İsraildəki səfirliyi bütün əməkdaşlarına, onların ailələrinə İsrail və İran arasında gərginliyin artması ilə əlaqədar "sonrakı xəbərdarlığa qədər sığındıqları təhlükəsiz yerlərdə qalmağa" göstəriş verib. 

"Cebheinfo.az" xəbər verir ki, səfirliyin “X” hesabındakı açıqlamada səfirliyin bütün əməkdaşlarından və onların ailələrindən növbəti xəbərdarlığa qədər yaşadıqları yerlərdə və ya yaxınlıqda təhlükəsiz yerlərdə qalmalarının vacibliyi vurğulanır. 

İsrailin Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanının bağlandığı, uçuşların fəaliyyət göstərmədiyi və bütün ölkə üzrə limanların xidmətdən çıxdığı, ABŞ səfirliyinin hazırda İsraili tərk edəcək ABŞ vətəndaşlarını təxliyə və ya birbaşa yardım etmək iqtidarında olmadığı qeyd edilib.  Səfirliyin  İsraildə yerləşdirilən Daxili Cəbhə Komandanlığının direktivlərinə uyğun olaraq bu gün bağlanacağı bildirilib. 

Избранный
7
cebheinfo.az

1Источники