Bakı. Trend:
Azərbaycan şagirdləri çox bilikli və bacarıqlıdır.
Trend xəbərverir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov"Bilbacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimizamanı çıxış edərkən deyib.
O bildirib ki, şagirdlərin inkişafında müsabiqələr, olimpiadalarböyük rol oynayıq:
"Bilikli gənclərimiz çoxdur, amma o biliyi ifadə etmək bacarığıbütün gənclərdə yoxdur. Biz gənclərdə biliklə yanaşı, bacarıqlarıntətbiqini davamlı olaraq təşviq etməliyik. Müəssisələrin hamısısərişdə tələb edir. Buna görə də şagirdlərimiz öz üzərlərində daimişləməlidirlər. Bacarıq, bilik və yaradıcılığı inkişafetdirməlidirlər".
"Hər zaman gənclərimizin bacarıqlı olması üçün çalışmalıyıq.Bilik həm də güc deməkdir. Sən biliklisənsə, deməli güclüsən. Bumənada müəllimlərin üzərinə böyük vəzifə düşür. Bu cür müsabiqələrbacarıqlı gənclərin yönləndirilməsi üçün xüsusi önəm daşıyır"- deyədeputat qeyd edib.