RU

Məcnun Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsəndə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” nazirliyə istinadən xəbər verir ki, vətəndaş qəbulu iyunun 20-də saat 09:00-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında baş tutacaq.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən sakinlər Daşkəsən DAİM-ə (055-775-83-22) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Избранный
7
6
report.az

9Источники