RU

Əlisahib Əzizovun məhkəmə prosesi keçirildi

BAKI, 17 iyun. TELEQRAF

Bakıda qanunsuz olaraq vətəndaşının evini sökməkdə təqsirləndirilən “Pilot-16” MMC-də iş icraçısı Əlisahib Əzizovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub. Eyni zamanda aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Əlisahib Əzizova yaşayış yerini tərk etməmək şərtilə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, Nəsmi Rayon Məhkəməsinin hökmünə əsasən, Əlisahib Əzizov 4 il müddətə şərti azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirərək Əlisahib Əzizovun 4 il müddəıtə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Əlisahib Əzizov, cinayət Məcəlləsinin186.2.1 (özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma), 186.2.2 (Özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Избранный
12
teleqraf.com

1Источники