RU

Deputat: Xaricdə tibb sahəsində təhsil almaq istəyənlərin sayında kəskin azalma var

Azərbaycandan kənarda tibb sahəsində təhsil almaq istəyən insanların sayında kəskin azalma var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Tibb işçilərinin Peşə Bayramı Gününə həsr olunan "Təbiblər- Cəmiyyətin Sağlamlıq Qalası" tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibb sahəsi hər zaman yeni yanaşma tələb edir:

"Artıq Azərbaycan da bu yenilikçi yanaşmalara cavab verə bilir. Tibb sahəsində savadlı kadrların yetişməsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Ölkədə tibbin sürətli inkişafı, aparılan tibbi islahatlar və pandemiya dönəmində bir müddətlik sarsılmaya baxmayaraq yenidən toparlanmaq insanlarda Azərbaycanda tibbi sahədə yüksək səviyyədə savadlana biləcəklərinə dair ümid verir".

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Избранный
6
report.az

1Источники