RU

İsrailin ABŞ-dəkı səfiri: Yəhudi dövləti İrana qarşı yeni əməliyyata hazırlaşır

İsrail İranla bağlı yeni bir əməliyyat hazırlayıb. Bu əməliyyatın fonunda 2024-cü ildə Livanda şiə təşkilatı “Hizbullah” üzvlərinin peycerlərinin kütləvi şəkildə sıradan çıxarılması demək olar ki, sadə görsənəcək.

Operativ Media xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəkı səfiri Yehiel Leyter "Merit Street" telekanalına açıqlamasında bildirib.

“Bir neçə sürpriz hazırlamışıq. Toz-duman çəkiləndən sonra, cümə axşamı və cümə günü elə hadisələr görəcəksiniz ki, peycer əməliyyatı onların yanında demək olar ki, sadə qalacaq”, – deyə Leyter qeyd edib.

Избранный
7
operativmedia.az

1Источники