RU

ADB CAREC institutundakı islahatları maliyyələşdirməyə hazırdır

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutunda (CAREC Institute, CI) institusional islahatları dəstəkləmək üçün 650 min ABŞ dolları texniki yardım ayırmağı planlaşdırır.

“Report” ADB-yə istinadən xəbər verir ki, regional layihəni Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Layihə ADB-nin Xüsusi Texniki Yardım Fondu maliyyələşdirəcək.

Layihə çərçivəsində CI-nin institusional potensialının gücləndirilməsi, eləcə də ADB ilə birgə hazırlanmış genişmiqyaslı yenilənmə planının icrasının dəstəklənməsi planlaşdırılır. CAREC Proqramının analitik bölməsi və ayrılmaz hissəsi olan CI təsis olunduğu vaxtdan əməliyyat planlarının hazırlanması, strategiyaların həyata keçirilməsi, eləcə də tədqiqatların və təlim tədbirlərinin keçirilməsində ADB-dən dəstək alır.

Yeni texniki yardım mühüm tədqiqatların hazırlanmasına; kadr və analitik potensialın inkişafına; məlumatlandırma və maarifləndirmə fəaliyyətinə; CI-nin CAREC proqramı ilə daha sıx inteqrasiyasının təmin edilməsinə yönəldiləcək.

Xüsusilə layihə CI İdarə Heyətinin 9 noyabr 2024-cü il tarixində təsdiqlədiyi "CI-nin canlandırılması" konseptual qeydinin nəticə və təkliflərinə əsaslanır. Sənəddə institutun 2026-2030-cu illər üçün daha az sayda, lakin daha keyfiyyətli analitik məhsullar və təlim proqramlarına, həmçinin daxili proseslərin beynəlxalq standartlara uyğun islahatına yönəlmiş yeni strategiyasının vacibliyi vurğulanır.

2025-2027-ci illərdə göstəriləcək yardım ADB-2030 Strategiyasına, o cümlədən "Regional əməkdaşlıq və inteqrasiyanın təşviqi" prioritetinə uyğundur.

Избранный
2
3
report.az

10Источники