RU

Bacarıqlı şagirdlərin müəyyənləşdirilməsi təhsilin inkişaf etdirilməsidir - Nazir müavini

Bakı. Trend:

Bacarıqlı şagirdlərin müəyyənləşdirilməsi təhsilin inkişafetdirilməsi deməkdir.

Trend xəbərverir ki, bu sözləri elm və təhsil nazirinin müavini FirudinQurbanov "Bilbacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılmamərasimi zamanı çıxış edərkən deyib.

O bildirib ki, bilik və bacarıqlar vərdişlərin formalaşmasınaəsas yaradır:

"Biz gələcək üçün elə məzunlar hazırlamalıyıq ki, onlar həmbilikli, həm də yaradıcı olmalıdırlar. Bu təhsilin əsas məqsədidir.Ölkədə elə şərait yaradılmalıdır ki, biz bacarıqlı şagirləri aşkaredək. Bacarıqlı şagirdlərin aşkar edilməsi təhsilin inkişafetdirilməsi deməkdir".

"Bir çox işəgötürənlər narazıdırlar ki, işə götürülən şəxslərin,məzunların yaradıcılıq qabiliyyətləri zəyifdir. Bu keçirilənmüsabiqə, "Bilbacar" şagirdlərdə yaradıcı qabiliyyəti artırır. Bizson 10 ildə 513 medal qazanmışıq. Bu medalların 35-i qızıldır.

İyul ayında şagirlərimiz 4 qitədə beynəlxalq olimpiadada iştirakedəcəklər. Bu bizim ölkəmizin inkişafının nəticəsidir" - deyə oəlavə edib.

Избранный
3
az.trend.az

1Источники