“Qalatasaray” rəhbərliyi Viktor Osimhen üçün israrını davam etdirir.

7Times.az xəbər verir ki, “sarı-qırmızılar” bu keçidi alındıra bilməsə, onun alternativini müəyyən edib. Bu, “Nyukasl”ın hücumçusu Aleksandr İsakdır.

Bu barədə “Haber Global” məlumat yayıb.

İsakla bir çox Avropa nəhəngi yaxından maraqlanır. Lakin “Nyukasl”ın yüksək transfer məbləği tələb etməyi isveçli hücumçunun transferini çətinləşdirir. Onun “sağsağanlar”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.

25 yaşlı futbolçu başa çatan mövsüm 42 oyunda 27 qol vurmağı bacarıb.